Elman Məmmədrza oğlu Rəfiyev
19 yanvar 1971-ci ildə anadan olmuşdur.
Əməkdar Artist
1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.1992-1993 –cü illərdə Gənclər teatrında, 1994 - cü ildən Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən “Dəli yığıncağı” Pantomima teatr-studiyasında , 2000-ci ildən etibarən isə Dövlət Pantomima Teatrında çalışır.E.Rəfiyev bu müddət ərzində,Ə.Əmirli «Meydan», R.Əlizad ə «Laləli düzən», B.Xanızadə «Şərqə səyahət» , «Pantomima Buketi»,«Kvaksafon»,«Bayraqdarlar»,«Zibillik Pərvanələri»,«Eşq»,«Kölğə», «Unutmayaq», S.Mrojek «Karol Xofu», Ə.Haqverdiyev «Kimdir müqəssir», Ş.Əttar «Uçuş», Ç.Aytmatov «Manqurt» , S.Musabəyov «Şəngül ,Şüngül ,Məngül», Ü.Hacıbəyli «Dulusçu», A.Eqzüperi «Balaca Şahzadə», Z.Zeynalov «Maska», A.Kamyu «İnsan», A.Məmmədov «Korlar», Xalq nağılı «Məlikməmməd» A.Saiq «Tıq-Tıq», A.Ekzüperi «Balaca Şahzadə», Ç.Aytmatov «Manqurt», B.Əhmədli «Ora-bura», B.Xanızadə «Son ştrix»,U.Şekspir «Hamlet», B.Xanızadə «Adagio», B.Xanızadə «Xocalı bu olub» tamaşalarında, L.Pirandelli «Səs» , V.Səmədoğlu «Yaşıl eynəkli adam 2,3» , Anar «Nigarançılıq», A.Babayev «Nekroloq», M.Süleymanlı «Bəylik dərisi», Şərif Qurbanəliyev «Təklif», M.F.Axundzadə «Mürafiə Vəkilləri» televiziya tamaşalarında , İzzət Əzizov «Qaz», İzzət Əzizov «Kəndinizə qayıdın», Ş.Qurbanəliyev «Kişiləri qoruyun», R.Həsənoğlu «Cavid ömrü», Şamil Nəcəfzadə «Qala», O.Mirqasımov «Günaydın mələyim», Fikrət Əliyev «Ölüm növbəsi», Ramiz Həsənoğlu «Sübhün Səfiri» bədii filmlərində, Ramiz Fətəliyev «Sirr» serialında çəkilmişdir. O.Mirqasımov «Günaydın mələyim» filmində plastik həll üzrə rejissor kimi quruluş vermişdir.
Pantomima Teatrında hazırlanan bir çox tamaşaların musiqi tərtibatçısıdır.
Bununla yanaşı Xəzər Universitetində Ü.Hacıbəyli «Arşın mal alan» (İngilis dilində) F.Əmirov «Sevil» operasına quruluş vermişdir. E.Rəfiyev yaradıcılıq fəaliyyəti ilə bərabər Dövlət Pantomima Teatrının inzibati işlərini yerinə yetirir.
2000-ci ildən Dövlət Pantomima Teatrının direktor müavini,
2009-cu ildə direktor vəzifəsinə təyin olunmuşdur.
2012-ci ildə Əməkdar Artist Fəxri adına layiq görülmüşdür.
Tarix: 05.04.2022 08:25:45
ölçüləri: 1024 x 689 piksel
Şəklin həcmi: 320.19Kb
Rəylər: 3
Reytinq:
Baxılıb: 5253