Xanızadə Bəxtiyar Oqtay oğlu
13 iyul 1957-ci ildə anadan olmuşdur
Əməkdar İncəsənət Xadimi
1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib.
1978-ci ildə Gəncə Dövlət Dram teatrında, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanızadəyə “Səhnə hərəkəti və xoreoqrafiya sənəti” kafedrasının dosenti elmi adı verilmişdir.
16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda “Dəli yığıncağı” adlı ilk Pantomima teatr studiyası yaradıb. Bəxtiyar Xanızadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. (2000). O, “Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU - əlbəyaxa döyüş növünün əhəmiyyəti” (1991), “Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar” (1992), “Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti” (1993) adlı elmi əsərlərin müəllifidir. O, «Pantomima Buketi» “Nağaraçılar” , “Şərqə səyahət” , “Zibillik pərvanələri”, “Bayraqdarlar”, “Kvaksafon” , “Asılqan” , “Samurayın ölümü”, “Eşq”, “Kölgə” , “Ömür yolu bircə andır” , “Xəyal” , “Anlaşılmazlıq” , “Unutmayaq” , “No Comment” , “Ora-bura" , “Son ştrix" , “Fəlakət və insan" , “Adagio" , “Xocalı bu olub" , “Sehirli Xalat" , “Kişilər və Qadınlar" adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir
28 oktyabr 2000-ci il tarixində Azərbaycan Respublikasının əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb. 2003-cü ildən Prezident mükafatçısıdır.
2000-ci il 6 mart tarixində “Dəli yığıncağı” Pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir. Bəxtiyar Xanızadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomima Teatrında bədii rəhbər vəzifəsində işləyir.
Bəxtiyar Xanızadə Ə.Atakişiyev “Qərib cinlər diyarında” – (Qərib), O.Mirqasımov “Ovsunçu” – (Rəsul), R.Həsənoğlu “Cavid ömrü” – (A.M.Şərifzadə) filmlərində çəkilmişdir. O, Ramiz Həsənoğlunun “Fatehlərin divanı”, “Nigarançılıq”, “Dədə-Qorqud” tamaşalarına plastik həll üzrə rejissor kimi quruluş vermişdir. Dövlət Pantomima teatrında quruluş verdiyi tamaşalar: Bəxtiyar Xanızadə “Nağaraçılar”, “Pantomima buketi”, Slavomir Mrojek “Karol xofu”, Məhəmməd Füzuli “Gəldim ki, olam ğəmin hərifi” (“Leyli və Məcnun” poemasının motivləri əsasında), Əbdürrəhimbəy Haqverdiyev “Kimdir müqəssir?”, Şeyx Əttar Nişapuri “Uçuş” – (plastik həlli üzrə rejissor), Çingiz Aytmatov “Manqurt”, Mehman Musabəyov “Şəngül, Şüngül, Məngül”, Bəxtiyar Xanızadə “Şərqə səyahət”, Üzeyir Hacıbəyli “Dulusçu” (“Biz nə tövr iş görürük?” fleytonu əsasında), Bəxtiyar Xanızadə “Zibillik pərvanələri” , “Bayraqdarlar”, “Samurayın ölümü”, “Kvaksafon”, “Eşq” (V.Şekspirin sonetləri əsasında plastik düşüncə), “Asılqan”, Z.Zeynalov “Maska”, Antuan dö Sent Eqzüperi “Balaca Şahzadə”, “Kölgə”,”Xəyal”,“Anlaşılmazlıq”, R.Akutaqava “Kesa və Morito”, Özel Arabul “Foto Bahar”,Bəxtiyar Xanızadə ”Unutmayaq” , ”No comment’ tamaşalarına quruluş vermişdir.
Tarix: 05.04.2022 08:30:15
ölçüləri: 682 x 1024 piksel
Şəklin həcmi: 80.52Kb
Rəylər: 0
Reytinq:
Baxılıb: 2565