[/img] Bəhruz Vaqif oğlu Əhmədli
25 oktyabr 1982-ci ildə anadan olmuşdur
2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsini bitirmişdir. 2004-2005-ci illərdə Akademik Milli Dram Teatrında 1 illik müqavilə əsasında çalışmış. O, Mir Cəlalın «Dirilən adam», İ.Şıxlının «Ölüləri Qəbristanlıqda basdırın», Ə.Əmirli «Messemat» tamaşalarında oynamışdır. 2006-cı ildən Dövlət Pantomim teatrında aktyor işləyir. O, B.Xanızadə «Pantomima Buketi», «Zibillik Pərvanələri», «Eşq», «Ömür yolu bircə andır», «Asılqan», «Unutmayaq», «No comment» Ü.Hacıbəyli «Dulusçu», Z.Zeynalov «Maska», A.Ekzüperi «Balaca şahzadə», A.Məmmədov «Korlar», Xalq nağılı «Məlikməmməd», A.Şaiq «Tıq-Tıq», tamaşalarında, S.Rüstəmxanlının «Cavadxan», O.Mirqasımovun «Günaydın mələyim», R.Fətəliyevin «Vəkil hanı», V.Həsənovun «Çölçü», Ə.Muradovun «Sonuncu Dərviş», «Bakı mən səni sevirəm», Eldar Quliyev, İlqar Fəhmi «Dərvişin qeydləri» filimlərində, «Həyat varsa» serialında çəkilmişdir.Bundan əlavə B.Əhmədli «Dejavü», «Qaranlıq», «Unutmayaq» və «No comment» tamaşalarına Rejissor və Rəssam kimi quruluş vermişdir.
Tarix: 05.04.2022 09:11:52
ölçüləri: x piksel
Şəklin həcmi: 4Kb
Rəylər: 2
Reytinq:
Baxılıb: 5203
|