AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ DÖVLƏT PANTOMİMA TEATRI

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ DÖVLƏT PANTOMİMA TEATRI



02.11.2024 11:36:42
Afişa
Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Parolu unutduz? ]
Dil seçimi

Bələdçi
· Çat
· Ana Səhifə
· Məqalələr
· Xəbərlər
· Şəkillər
· Video
· Haqqımızda
· Əlaqə
· Afişa
Sonuncu məqalələr
· Elman Rəfiyev: “B...
· ELMAN RƏFİYEV: “...

Sonuncu rəylər
Xəbərlərə verilən rəylər
topreplica: Finest counterfei...
topreplica: Discount Up to 70...
europmajk: acne It is a mine...
europmajk: rosacea This is a...
europmajk: prodotti dimagran...

Məqalələrə verilən rəylər
topreplica: Up to 30% discoun...
UMUD ABUSOV: *gx ELA Dİ
UMUD ABUSOV: [img][/img]
sabina: *gx
Alximik: ELMAN REFIYEV adi...

Şəkillərə verilən rəylər
JavierFew: A post fitted ele...
MyxirNix: Also assess the c...
Diegodub: TNF- and IL-1 are...
FarmonExet: Lightweight Compr...
Chrissl: It is very materi...

Xətdəkilər
· Bütün xəttdəkilər: 6
· Xətdəki qonaqlar: 6
· Xətdəki istifadəçilər: 0

· Qeydiyyatlı istifadəçilər: 57,549
· Ən yeni istifadəçi: 5
- ivevvhscieb
- exzwyasojrn
- kvwywidgqzv
- ixnyzhqqaqr
- cxaywciacdp
Sorğu
Saytımızı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.

Elman Rəfiyev: “Bizim də əməyimizin zəhməti tamaşaçıların bizə verdiyi alqışdır”- MÜSAHİBƏ

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, bununla yanaşı gözəl aktyorluq bacarığı olan Elman Rəfiyevin SİA-ya müsahibəsi: articles: panta1.jpg



- Pantomima teatrının yaranmasına nədən ehtiyac duyulub?



- Bunun üçün keçmişə nəzər salmağa ehtiyac var. Belə ki, 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Orada bir çox fənnlərlə yanaşı səhnə hərəkətləri dərsi keçilirdi. Həmin fənni hazırda Respublikanın əməkdar incəsənət xadimi və Pantomima Teatrının baş rejissoru Bəxtiyar Xanızadə deyirdi. Bunu xüsusi vurğulayım ki, bu fənn bizim ən sevdiyimiz dərslərdən biri idi. B. Xanızadə bizə çox yaxın idi. Çalışırdıq ki, həmin dərslərdə hərəkətlə bağlı nəsə göstərə bilək. O, hər zaman istəyirdi ki, Azərbaycanda pantomima teatrı yaradılsın. Çünki bir yerdə dayanıb informasiya vermək artıq tamaşaçıları bezdirmişdi. Getdiyimiz bəzi xarici ölkələrdə də bu hallarla üz- üzə gəlirdik. İnsanlar səhnədə durub danışan aktyorlardan yorulumuşdular. Onlar hərəkətlə bağlı nəsə görmək istəyirdilər.



- Özünüzü niyə sırf bu sahədə gördünüz?



- Mənim bu sahədə özümü sınamağım ondan irəli gəlir ki, çox hərəkətli insanam. Valideynlərim hər zaman deyirdi ki, uşaqlıqda çox dəcəl olmuşam. Dəcəllik də təbii ki, hərəkətlə bağlıdır. Hərəkəti çox sevdiyimə görə də qərara aldım ki, istədiyim teatr sırf budur və özümü burada sınamaq istəyirəm. 1988-ci ildə B. Xanızadə tərəfindən teatrın ilk təməli Mədəniyyət və İncəsənət Universitetində qoyuldu. Ancaq Azərbaycanda bu teatr 1994-cü il mayın 16-sı “Him-Cim” pantomim festivalinda tanındı. Orada da bir qrup tələbələr fəaliyyət göstərirdi ki, onlardan biri mən, o biri tələbə yoldaşım, hansı ki, bu yaxınlarda yeni çəkdiyi filmin nümayişi olacaq rejissor Rövşən İsax, digəri “Soy Prodakşın”ın bədii rəhbəri Siyavuş Hüseynli və Əsəd İsmayılov idi. Ancaq Ə. İsmayılov özünü başqa yönümdə sınadı. Deyərdim ki, o zaman Azərbaycanda pantomima teatrının yaranmasına çox ehtiyac vardı. Çünki bizim vaxtımızda universitetdə oxuyan bütün tələbələr kurs işimizə baxmaq istəyirdilər. Bilirdilər ki, bu qrup hərəkətlə bağlı nəsə göstərəcək. Buna görə də hər dəfə bizim imtahanımız anşlaqla keçirdi. Hətta tələbələr oturmağa yer tapmırdı. Düşünürəm ki, ehtiyac ondan əmələ gəldi ki, Azərbaycanda hərəkətə meyl artdı və insanlar hərəkətlə bağlı tamaşa və teatr görmək istəyirdilər.



- Bu teatrda ancaq hərəkətlərdən istifadə olunur, maraqlıdır ki, burada sözlə deyə bilmədiyinizi hərəkətlə çatdıra bilirsinizmi?



- Əlbəttə, biz teatrda sözlə deyə biləcəyimizi hərəkətlə çatdırırıq. Burada bədən vücuduna nə qədər hakim olmalısan ki, sözlə deyə bilməyəcəyini hərəkətlə çatdıra biləsən. Bunun üçün fiziki cəhətdən hazır olmaq lazımdır ki, istədiyin fikri hərəkətlə çatdıra biləsən. Mən bunu hər zaman demişəm ki, pantomima teatrının tamaşaçısı olmaq çətindir. Çünki zalda oturduğun müddətdə fikrin ancaq hərəkətlərdə olmalıdır ki, hər şeyi başa düşə biləsən. Sözlə olan tamaşalarda başqa birisi ilə söhbət etsəm də tamaşanın sözlərini eşidib, tamaşanın nədən bəhs etdiyini bilirəm. Ancaq burada hansısa hərəkəti görməyəndə o zaman tamaşanın məğzini itirirəm. Məhz bütün bunlara görə də Pantomima teatrının tamaşaçısı olmaq çətindir. Hətta bizim nümayiş etdirdiyimiz tamaşalarımız elə də uzun çəkmir. Təxmini olaraq 40-45, hətta 38 dəqiqə də çəkə bilir. Çünki hərəkətlə bağlı olan bir tamaşanı insan beyni tam qavramalıdır. Tamaşadakı hərəkətin nəyə qulluq elədiyini gərək dərk edə biləsən. Bununla yanaşı, elə bir tamaşaçı ola bilər hərəkətlərin nədən bəhs etdiyini anlamasın. Belə halların olması çox təbii haldır. Hətta Bəxtiyar Xanızadə teatrda bele bir qayda qoydu ki, tamaşadan sonra tamaşaçı otursun zalda və seyr etdiyi tamaşanı rejissor və aktyor ilə bölüşsün. Əgər tamaşaçı oynanılan hərəkəti başa düşməyibsə, rejissor və aktyorla söhbət aparıb, bu hərəkətin mənasını soruşa bilər. Elə bir an olub ki, tamaşaçının bu dəfə verdiyi təklifi biz növbəti tamaşada həyata keçirmişik.



- Rəhbərlik etdiyiniz teatrda tamaşaçı ilə aktyor arasında qalan məsafə çox yaxındır, bu işinizə mane olmur ki?



- Bəli bizim teatrda aktyorla tamaşaçı arasındakı məsafə çox azdır. Bizim daimi olan bir tamaşaçımız var, bir dəfə dedi ki, bu yaxınlıq məsafəsindən çox xoşum gəlir. Səbəbini soruşanda isə cavab verdi ki, teatra nümayiş olunan tamaşaların birində ər arvad arasında problem yaşanırdı. Və kişi problemdən qurtarmaq üçün qaçmağa başlayır. Həmin tamaşaçı da ön sırada oturduğuna görə kişinin qaçışının küləyi onu hadisənin içərisində hiss etdirmişdi. Hətta biz Gənc Tamaşaçılar Teatrında çalışanda belə bir ekspriment apardıq. Belə ki, yapon yazıçısı A.Ryünoskenin “Kesa və Morito” əsərini səhnəyə qoyduq və təklif irəli sürdük ki, 400 nəfərlik zal bağlansın və cəmi 30 tamaşaçı dəvət olunsun. Tamaşaçı həmin teatrın səhnəsində oturdu və tamaşaya yaxın məsafədə baxdılar. Bizim məqsədimiz o idi ki, tamaşaçı özünü həmin hadisənin içində hiss edə bilsin. Məsafənin yaxın olması yaxşı haldır və bu şərait də bizim teatrımızda var.



- Tamaşaçı yerinin az olmasına baxmayaraq yerlərin dolmasında bir problem yaşanmır ki?



- Hətta onu deyim ki, tamaşalarımızın bir çoxunda gəlib geri qayıdan tamaşaçılarımız çox olub. Bizim teatra gəlmək istəyən tamaşaçılar qabaqcadan zəng edib biletləri sifariş edirlər. Onu da xüsusi vurğulamaq istəyirəm ki, teatrımızın təmiri üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümüzü bildiririk. Artıq tamaşalara gələn xarici qonaqlarımızı rahatlıqla yerləşdirə bilirik. İşıq, səs sistemi və digər lazımlı avadanlıqlar normal çalışır. İnşallah nə vaxtsa bizim teatrın ikinci mərtəbəsi də təmir olunar və tamaşaçılarımız daha da razı gedərlər.



- Müsahibələrinizin birində oxumuşdum ki, 50 nəfərin alqışı hara, 400 nəfərin alqışı hara. Fərq bu qədər hiss olunur?



- Tamaşaya çıxan aktyor tamaşaçıya görə, tamaşaçıdan aldığı enerjiyə görə səhnəyə çıxır. Biz zalda oturan 40 nəfər tamaşaçıdan aldığımız enerjini onlara geri qaytarırıq. Əlbəttə ki, 50 nəfərin alqışı başqa, 400 nəfərin alqışı isə tamam başqa olur. Biz aktyorlar çox həssas oluruq. Həmin alqışlarda bizim üçün çox dəyərlidir. Bizim də əməyimizin zəhməti tamaşaçıların bizə verdiyi alqışdır.



- Teatrda nümayiş etdirdiyiniz tamaşalara ən çox hansı nəslin təbəqəsi gəlirlər?



- Müxtəlif təbəqənin nümayəndəli bizim tamaşamızı izləməyə gəlirlər. Zala baxanda 15-20 yaş arası gəncləri, hətta 60 yaşlı insan da görürük. Bizim tamaşalarımıza əsasən də xarici qonaqlar gəlir. Pantomima üçün dil sərhədi deyilən bir şey yoxdur. Hərəkətləri hər bir insan rahatlıqla başa düşə bilər. Hər hansı bir ölkədə pantomim hərəkətləri göstərsən, biləcəklər ki, söhbət nədən gedir.



- Artıq bildiyimiz kimi teatrların əksəriyyətinə xarici rejissorlar dəvət olunur, yəni bizdə yerli rejissorlara qıtlıq var?



- Sadəcə onu deyim ki, bu hərəkəti alqışlamaq lazımdır. Deməzdim ki, bizdə yerli rejissorlarda qıtlıq var. Bu da bir eksprimentdir. Xarici bir ölkədən gəlib bizim teatrlarda tamaşa qoyması nəyi pisdir ki? Bütün bunların hamısı bizim başımızın ucalığıdır. Bu da onu göstərir ki, incəsənət elə növdür ki, burada həm Azərbaycanın, həm də digər ölkənin sənəti olmalıdır. Mənə maraqlıdır ki, xaricdən gələn rejissor bizə nə öyrədəcək? Çünki hər gələn rejissordan nəsə öyrənməlisən. Hər bir rejissorun tamaşaya, aktyora yanaşma tərzi olur. Yenə də deyirəm ki bu halı çox müsbət qarşılayıram.



- Sizin aktyor heyətiniz demək olar ki cavanlardır...



- Doğrudur. Bizim teatrda çalışan aktyorların yaş həddi 25-30 yaş arasındadır. Belə götürdükdə isə onların içərisində ən qocaman aktyor elə mənəm. Bəxtiyar Xanızadə aktyorların qarşısına belə bir tələb qoyub ki, indiyə qədər tamaşaları mən hazırlayırdımsa, bundan sonra siz özünüz tamaşa hazırlayıb səhnəyə qoymalısınız. Bu istedadlı gənclərin öz bacarığını meydana çıxartmaq üçün gözəl imkandır. Bu imkandan lazımınca istifadə etmək lazımdır. Onu da vurğulayım ki, teatrımızın aktyorları bu imkandan çox yaxşı istifadə etdilər. Əflatun Abdullayev “Çərçivə”, Nargilə Qəribova “Yol”, “Adsız”, Səbinə Hacıyeva və Bəhruz Vaqifoğlu bir yerdə “Dejavu”, Ceyhun Dadaşov “Mən və mən” tamaşasını hazırlayıb səhnədə nümayiş etdirdilər. Bəyəm bunun nəyi pisdir ki? Aktyor bir tərəfli inkişaf etməməlidir. Aktyor həm gözəl rejissor, həm aktyor, həm də yad gələn rejissorun əlində özünü göstərməyi bacarmalıdır. Biz əgər bu sənəti qəbul etmişiksə, gərək bu sənətin kamil bilicisi olaq. Aktyorluq qabiliyyəti onunla kifayətlənməməlidir ki, ancaq səhnəyə çıxıb tamaşa oynadım və bununla işim bitdi. Yox belə deyil. Bununla iş bitmir.



- Bildiyimiz kimi, siz aktyorluq qabiliyyətinizdən başqa həm də rejissorluq, musiqi tərtibatçılığını da bacarırsınız...



- Onu qeyd edim ki, özümü Azərbaycanda yaranan pantomima teatrının ilk aktyoru kimi hesab edirəm. Bunu da hər yerdə ürəklə deyirəm. Bu sənətə gəlməyimdə Bəxtiyar Xanızadənin xidmətləri əvəzsizdir. O mənə böyük bir sənət öyrədib və bunun üçün ona minnətdaram. Həmin sənətə görə Azərbaycanda yaranan pantomima teatrının siması kimi məşhuram. Hətta mən küçədə gedəndə mənə Elman yox, pantomima deyə müraciət edirlər. Bu mənim üçün böyük şərəfdir. Bəli mən aktyorluqdan əlavə baxdığınız tamaşaların əksəriyyətinin musiqi tərtibatçısıyam. Bununla yanaşı, özümü rejissorluqda da sınadım. Belə ki, Xəzər universitetində müəllim və tələbə kollektivindən ibarət ingilis dilində Ü.Hacıbəyovun “Arşın mal alan” tamaşasını səhnəyə qoydum. Baxmayaraq ki, ingilis dilində bir kəlmə belə bilmirəm, ancaq “Arşın mal alan”ı əzbər bilirəm. Onu da qeyd edim ki, həmin tamaşa çox uğurlu alındı. Hazırda Xəzər universitetinin Dünya məktəbindən teatr və aktyorluq sənətindən dərs deyirəm. Hər zaman Bəxtiyar Xanızadənin bir sözü yadıma düşür. O deyir ki, əgər sən rejissorluq qabiliyyətini bacarmasaydın, o zaman mən səndən inciyərdim. Axı mən sənə hər şeyi öyrətmişəm. Doğurdan da mənim ustadım mənə hər şeyi öyrədib. Sadəcə həmin öyrəndiklərimi yavaş- yavaş üzə çıxartmağa başlayıram. Mənim hazırda dərs dediklərimin hamısı gələcəkdə aktyor olmayacaqlar. Ancaq teatrın, səhnə mədəniyyətinin nə demək olduğu onların yaddaşlarında qalacaq. Buna görə fəxr eləməyə dəyər.



- Bildiyimiz kimi aktyorlar az məvacib alırlar, bu onlarda ruh düşkünlüyü yaratmırmı?



- Baxmayaraq ki , aktyorluq sənətində maaş azdır, ancaq bu sənətə gələnlər bilir ki, burada pul azdır. Sadəcə aktyorun içindəki sənətə olan yanğı onu bu sənətə gətirir. Bütün bunlara rəğmən başını aşağı salıb sırf incəsənətlə məşğul olduqda allah ruzini yetirir. Bundan sonra televiziya tamaşalarına, gözəl aktyor olduqda hətta filmlərə də dəvət alırsan, dublyajlara gedirsən, əgər sənətini kamil bilirsənsə, o zaman da müəllim işləyə bilərsən. Deməli incəsənətlə pul qazanmaq olar. Yenə də deyirəm ki, bunun üçün başını aşağı salıb sənətinin kamil bilicisi olmaq lazımdır. Mənim həyatdakı şüarım hər zaman bu olub. Bu sözü deyəndə tələbələrim hər zaman təəccüblə baxırlar. Artıq 31 ildir ki, mən bu sənətdəyəm. 10 yaşında olarkən kukla teatrının dərnəyindən başlayan Elman Rəfiyev hal- hazırda Pantomima teatrında aktyoru və direktorudur. Bunun üçün böyük bir uğurlu yol keçmişəm. Təbii ki, bu sənətə gəlməyim, bu yerdə qərarlaşmağım üçün əlimdən tutan müəllimlər olub. Hal- hazırda da mən ustadım Bəxtiyar Xanızadədən yenə də öyrənirəm. Çünki incəsənət elə bir sahədir ki, burada öyrənməklə bitmir.



- Sizin aktyorlarla münasibətinizə fikir vermişəm, onlarla demək olar ki sırf dost kimi rəftar edirsiniz, direktor kimi yox. Bütün bunlar nədən irəli gəlir?



- Mənim fikrimcə, bu belə də olmalıdır. Axi yaddan çıxarmayaq ki, mən əvvəla aktyoram. Onu da xüsusi qeyd edim ki, aktyorlar çox həssas olurlar. Bir incə sözlə onların xətrinə tez dəymək olar. Bəxtiyar Xanızadənin gözəl bir sözü var ki, sizinlə aylarla məşq edirəm. Səhnəyə çıxanda hamınız məni təqdim edirsiniz. Sizin pis və ya yaxşı nümayiş etdirdiyiniz tamaşalar hamısı mənim adıma yazılır. Buna görə çalışırıq ki, Bəxtiyar Xanızadənin bütün istəklərini dediyi kimi həyata keçirək. Bu günə kimi qazandığım uğurlara görə o, insana borcluyam. Onun məsləhətlərinə qulaq asdığıma görə uğur hər zaman qapımı döyür.



- Son olaraq gənclərimizə nə məsləhət verərdiniz?



- İndiki gənclərə məsləhət verərdim ki, hansı sənətlə məşğul olurlarsa olsunlar, ancaq çalışsınlar gələcək həyatı qurmaq üçün bir yoldan tutub onu axıra qədər gedə bilsinlər. İndiki gənclər bir işin ucundan tutub onun axırına gedib çıxa bilmirlər. Qorxurlar ki, bunu bacarmasınlar. Əgər insan qarşısına hansısa məqsəd qoyursa mütləq istəyinə nail olacaq. Hər zaman xoşum gəlir ki, deyəsən gənclər daima irəli. Təbii ki, kor təbii şəkildə yox, düşünülmüş şəkildə irəli addımlamaq lazımdır.

Rəylər
#1 | Alximik tərəfindən yazılıb. Yazılma tarixi ->> 05.08.2011 20:26:39 
ELMAN REFIYEV adina layiq bir musahibe sade ve semimi!!!!!!!!!!!
#2 | sabina tərəfindən yazılıb. Yazılma tarixi ->> 16.01.2012 19:49:22 
*gx
#3 | UMUD ABUSOV tərəfindən yazılıb. Yazılma tarixi ->> 05.11.2013 17:43:03 
[img][/img]
#4 | UMUD ABUSOV tərəfindən yazılıb. Yazılma tarixi ->> 05.11.2013 17:44:15 
*gx ELA Dİ
#5 | topreplica tərəfindən yazılıb. Yazılma tarixi ->> 16.06.2014 04:28:36 
Up to 30% discount free shipping best quality Replica Handbag
here and there are Tens of thousands of new models with lowest price for you to select.
Hermes Birkin Bags
Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Əla! Əla! 100% [1 Səs]
Yaxşı Yaxşı 0% [Səs vermə yoxdur]
Belə də... Belə də... 0% [Səs vermə yoxdur]
Pis Pis 0% [Səs vermə yoxdur]
Çox pis Çox pis 0% [Səs vermə yoxdur]
© 2010 - 2024 Pantomima.az
Bütün haqlar qorunur.
9,257,809 dəfə görüntülənib
Saytın hazırlanması Rashidoff.com