AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ DÖVLƏT PANTOMİMA TEATRI

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ DÖVLƏT PANTOMİMA TEATRI



21.11.2024 22:40:40
Afişa
Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Parolu unutduz? ]
Dil seçimi

Bələdçi
· Çat
· Ana Səhifə
· Məqalələr
· Xəbərlər
· Şəkillər
· Video
· Haqqımızda
· Əlaqə
· Afişa
Sonuncu məqalələr
· Elman Rəfiyev: “B...
· ELMAN RƏFİYEV: “...

Sonuncu rəylər
Xəbərlərə verilən rəylər
topreplica: Finest counterfei...
topreplica: Discount Up to 70...
europmajk: acne It is a mine...
europmajk: rosacea This is a...
europmajk: prodotti dimagran...

Məqalələrə verilən rəylər
topreplica: Up to 30% discoun...
UMUD ABUSOV: *gx ELA Dİ
UMUD ABUSOV: [img][/img]
sabina: *gx
Alximik: ELMAN REFIYEV adi...

Şəkillərə verilən rəylər
JavierFew: A post fitted ele...
MyxirNix: Also assess the c...
Diegodub: TNF- and IL-1 are...
FarmonExet: Lightweight Compr...
Chrissl: It is very materi...

Xətdəkilər
· Bütün xəttdəkilər: 4
· Xətdəki qonaqlar: 4
· Xətdəki istifadəçilər: 0

· Qeydiyyatlı istifadəçilər: 57,549
· Ən yeni istifadəçi: 5
- ivevvhscieb
- exzwyasojrn
- kvwywidgqzv
- ixnyzhqqaqr
- cxaywciacdp
Sorğu
Saytımızı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
Xoş gəlmişsiniz

Teatr haqqında
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Pantomima Teatrı
Dövlət Pantomima Teatrı Azərbaycan teatr tarixində ilk pantomima teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun beynəlxalq dilə malik olmasıdır. Pantomima üçün heç bir məhdudiyyət yoxdur.
Azərbaycanda pantomima teatrının əsasını qoyan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə hərəkəti və xareoqrafiya” kafedrasının dosenti, Respublikanın Əməkdar İncəsənət xadimi Bəxtiyar Xanızadədir. O, 1987-ci ildə Sankt-Peterburq Dövlət Teatr , Musiqi və Kinomatoqrafiya Akademiyasını bitirmişdir.
Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Respublikanın Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranmış və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. Bu teatr Azərbaycan tamaşaçısına teatr sənətinin bir qolu olan pantomima janrını tanıtmaq və sevindirmək kimi məsuliyyət bir işi öz üzərinə götürüb.
Truppa aşağıdakı tamaşaları hazırlamışdır.
“Ümid” - Ş.Bekket /”Bir aktyor üçün mim”/ - pantomim
“Pantomima buketi” - B.Xanı-zadə - pantomim
“Karol xofu” - S.Mrojek – eksperimental tamaşa
“Gəldim ki, olam ğəmin hərifi” -M.Füzuli “Leyli və Məcnun” poeması əsasında – pantomim balet
“Şəngül, Şüngül, Məngül” - M.Müsabəyov – divertisment –tamaşa
“Şərqə səyahət” - B.Xanı-zadə - pantomim
“Kimdir müqəssir?” - Ə.Haqverdiyev – məzhəkə
“Uçuş” - Şeyx Əttar /”Uçuşun məntiqi” poeması əsasında/ - pantomim
“Manqurt” -Ç,Aytmatov /”Gün var əsrə bərabər” povestinin motivləri əsasında/ - pantomim
“Dulusçu” -Ü.Hacıbəyov /”Biz nə tövr iş görürük?” fleytonu əsasında/- pantomim
“Zibillik pərvanələri” -B.Xanı-zadə - pantomim
“Eşq” -B.Xanı-zadə (V.Şekspirin sonetləri əsasında plastik düşüncə)
“Balaca şahzadə” -Antuan de Sent Ekzüperi –nağıl –tamaşa
“Maska” -Zaur Zeyanlov – pantomim
“Kesa və Morito” -Aqutakava Rünoske –psixoloji dram
“İnsan” -Alber Kamyu (“Yad”povesti əsasında)- tamaşa- etiraf
“Kölgə” - Bəxtiyar Xanı-zadə - pantomim- yuxu
“Korlar” - Ayşad Məmmədov – pantomim
“Foto Bahar”-Özel Arabul - psixoloji dram
“Yol”-Nargilə Qəribova - pantomim düşüncə
“Məlikməmməd”-xalq nağılı – tamaşa
“Adsız”- Nargilə Qəribova – pantomima
“Çərçivə”- Ə.Abdulayev – pantomima
“Dejavü”-S.Hacıyeva – pantomima
“Mən və mən”- C.Dadaşov – pantomima
“An”- Ə.Abdullayev – pantomima
“Tıq-tıq”- A.Şaiq – pantomima
“Dəli Domrul ” - Dədə Qorqud Dastanı – pantomima
“Qaranlıq”- S.Bekket – pantomima
“Unutmayaq”- B.Xanızadə – pantomima
“No Comment”- B.Xanızadə – pantomima
“Katarsis”- N.Qəribova – pantomima
“Balaca Şahzadə”- A.Ekzüperi – pantomima
“Manqurt”- Ç.Aytmatov – pantomima
“Ora-bura”- B.Əhmədli – pantomima
“Son ştrix”- B.Xanızadə – pantomima
“Hamlet”- Uilyam Şekspir – pantomima
“Fəlakət və insan”- B.Xanızadə – pantomima
“Adagio”- B.Xanızadə – pantomima
“Ağ bığlılar”- N.Rüstəmov– pantomima
“Undergraund”- N.Rüstəmov,S.Bədəlova – pantomima
“Qoca və Mələk”- E.Rzayev – pantomima
“Mənim Balığımsan”- B.Xanızadə – pantomima
“İt Gəzdirən Xanım”-A.P.Çexov – pantomima
“Xocalı bu olub”- B.Xanızadə – pantomima
“Sehirli Xalat”- B.Xanızadə – pantomima
“Kişilər və Qadınlar”- B.Xanızadə – pantomima
Teatr Xadimləri İttifaqının və “Dəli yığıncağı” Pantomima teatrının təşəbbüsü ilə “HİM-CİM” adlı 1-ci və 2-ci Beynəlxalq Pantomima Festivalları keçirilmişdir.
Pantomima teatrının aktyorları dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın tələbələri olmuşlar. Gürcüstanda (Tiflis, 14-28 noyabr 1998-ci il “Hamletsiz Hamlet” sənətkarlıq kursu), Gürcüstanda (Tiflis, aprel 1999. “Teatr+Video” festivalı), Rusiyada (Moskva, 26-30 aprel 1999. “Azərbaycan mədəniyyət günləri”), Fransada (Paris 1999 “Dədə Qorqud-1300” ), Türkiyədə (Ankara 18-28 noyabr 1999-cu il, 4-cü beynəlxalq teatr festivalı), Bolqarıstanda (Sofiya, 18 iyul – 4 avqust, 2000-ci il. İfaçılıq sənətləri üzrə yay akademiyası “Bədənlər və zaman”, “Fildenkrayz metodu”, “Ağ buto” seminarları), Gürcüstanda (Tiflis, 17sentyabr – 8 oktyabr 2000-ci il, “Qızıl maska” Beynəlxalq Teatr Festivalı), İranda (Tehran, 4-10 noyabr 2000-ci il, 1-ci Beynəlxalq Pantomima Festivalı), Almaniyada (Potsdam, 17-23 iyun 2001-ci il, Unidram festivalında, “XXI-ci əsrin yuxuları” Sankt-Peterburq Mədəniyyət mərkəzinin Artur Şnitslerin “Pyerettanın örtüyü” beynəlxalq proyektində), Türkiyədə (Ankara 7-17 noyabr 2001-ci il, 6-cı beynəlxalq teatr festivalı), İranda (Tehran, 3-10 mart 2002-ci il, “Dostluq” teatr festivalı), Rusiyada (İrkutsk, 30 avqust – 8 sentyabr 2002-ci il “Mimolyot” 6-cı Beynəlxalq Pantomima və Müasir Plastika Festivalı), Türkiyədə (Ankara 17-27 oktyabr 2002-ci il, “Ethos” Uluslararası Teatr Festivalı), Hollandiyada (Amsterdam 9-15 dekabr 2002-ci il “OUD-WEST THUIS BEST” Beynəlxalq mədəniyyətlərarası festival), Avstriyada (Vyana 10-14 aprel 2003-ci il. “Arzular aləminə səyahət” proyektində), Ukraynada (Kiyev 7-14 may 2003-ci il,. “Kiyev- Travnevi” 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarıstanda (Kazan 30 may-6-iyun 2005-ci il “Nouruz” Türkdilli xalqların teatr festivalı), Misirdə (Qahirə, 20-30 sentyabr 2005-ci il,17-ci Beynəlxalq Eksperemintal teatr Festivalı), Türkiyədə (Trabzon, 1-13 may 2006-cı il, 7-ci Uluslar arası Karadeniz tiyatro festivalı), Avstriya (Vyana, 9-15 aprel, 2007-ci il), Rusiya (Moskva, 17-19 aprel, 2007-ci il “Azərbaycan mədəniyyət günləri”),Finlandiyada (İmatra, 14-17 iyun, 2007-ci il “Ağ və Qara” Beynalxalq Teatr Festivalı), Rusiyada (Moskva 9-11 oktyabr, 2007-ci il, “Bibliobraz” Beynalxalq Festival), Ərəbistanda (Ər-Riyad, Dammam, Ciddəh 10-14 noyabr, 2007-ci il “Azərbaycan mədəniyyət günləri”), Fransada (Paris, 23-25 may, 2008-ci il, UNESCO “Leyli və Məcnun” proekti), Almaniyada (Berlin, 13-19 iyun 2008-ci il, “Azərbaycan mədəniyyət ili”), Misirdə 10-20 oktyabr 2008-ci il, 20-ci Beynəlxalq Eksperemintal teatr Festivalı ), Gürcüstanda ( Tiflis, 16-19 iyun 2009-cu il “Azərbaycan mədəniyyət günləri”), Gürcustanda (Tiiflis 4-6 oktyabr, 2009-cu il Beynəlxalq Teatr Festivallarında), İsveçrədə ( Bazel, Uster, Dornax 25 noyabr- 5 dekabr 2009-cu il “Azərbaycan mədəniyyət günləri”),Rusiya (Moskva 4,5 noyabr 2014- cü il «Azərbaycan Rusiya Mədəni əlaqələr layihəsi»), Gürcüstan (Tbilisi 22-25 may 2016-cı il «Beynəlxalq Pantomima teatr» festivalı), Bolqarıstanda(Sofiya,23-26 fevral,2019-cu il) “Xocalı” faciəsinin anım günü, Polşada (Varşava ,22-26 fevral,2022-ci il) “Xocalı” faciəsinin anım günü, televiziya tamaşaları və bədii filmlərdə iştirak etmişlər
2000-ci il 06 mart tarixində “Dəli yığıncağı” pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir.
Teatrın baş rejissoru – Bəxtiyar Xanı-zadə


Tel/Fax: +994 (12) 441-4756
Mob: +994 (50) 311-7456
Mob: +994 (55) 314-9401 (Whatsapp)
Mob: +994 (50) 314-9401
E-mail: [email protected]
E-mail: [email protected]
Ünvan: AZ 1000, Azadlıq 75


© 2010 - 2024 Pantomima.az
Bütün haqlar qorunur.
9,480,505 dəfə görüntülənib
Saytın hazırlanması Rashidoff.com